ABŞ Nümayəndələr Palatası F-16 qırıcılarının Türkiyəyə satışı üçün ilkin şərti açıqlayıb

ABŞ Nümayəndələr Palatası F-16 qırıcılarının Türkiyəyə satışı üçün ilkin şərti açıqlayıb

ABŞ Nümayəndələr Palatası F-16 qırıcılarının Türkiyəyə satışı üçün ilkin şərti açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Türkiyə qırıcıların tədarükünü istəyirsə, İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməlidir.

Qeyd olunub ki, bu iki proses bir-biri ilə bağlıdır.

Xatırladaq ki, Türkiyə F-16-ların tədarükü üçün uzun müddətdir mübarizə aparır.

Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə bu ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirib.

Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Lakin İsveç Türkiyənin şərtlərinə əməl etmədiyinə görə Ankara Stokholmun quruma qoşulmasının əleyhinə səs verib. Nəticədə İsveç hələlik NATO-ya qəbul edilməyib.

İyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə görüşüblər. Müzakirələrin sonunda R.T.Ərdoğan İsveçin Alyansa üzvlüyünə razılıq verib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 10 =