ABŞ Prezidentinin müşaviri İsrailə gedib
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İsrailə gedib. O, ölkə Prezidenti İsxak Hersoqla görüşüb.
Bu barədə İ.Hersoq “X”də yazıb.
Tərəflər İsraillə HƏMAS arasında davam edən müharibəni müzakirə ediblər.
İsrail Prezidenti dəstəyə görə ABŞ rəsmisinə təşəkkür edib.