ABŞ prezidentliyinə namizəd erməniləri Qarabağa qaytarmağa söz verdi

ABŞ prezidentliyinə namizəd erməniləri Qarabağa qaytarmağa söz verdi

ABŞ prezidentliyinə namizəd Robert Kennedi videomüraciətində Qarabağı tərk etmiş erməniləri geri qaytarmaq və öz müqəddəratını təyinetməni təşviq etmək üçün Amerika rıçaqlarından istifadə edəcəyinə söz verib. 

Yenisabah.az xəbər verir ki, Kennedi çıxışında “Artsax” adından istifadə edib.

“ABŞ hökuməti ermənilərin “Artsax”a təhlükəsiz qayıtmasını təmin etmək və onların öz müqəddəratını təyinetmə hüququnu qorumaq üçün tədbirlər görmək üçün beynəlxalq ictimaiyyəti səfərbər etməlidir”, – ABŞ prezidentliyinə namizəd bildirib.

ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

Robert Kennedi prezident seçkilərində Demokratlar Partiyasının nümayəndəsi kimi deyil, müstəqil namizəd kimi iştirak edəcək.

Qeyd edək ki, Demokratlar Partiyasından prezident seçkisində əsas namizəd hazırkı dövlət başçısı Co Baydendir.

Hüquqşünas Robert Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur. Onun 69 yaşı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 3 =