ABŞ Qəzzada humanitar fasilədən sonra İsrailə hərbi dəstəyi davam etdirəcək

ABŞ Qəzzada humanitar fasilədən sonra İsrailə hərbi dəstəyi davam etdirəcək

ABŞ hakimiyyəti Qəzza zolağında humanitar fasilə başa çatdıqdan sonra İsrailə hərbi yardım göstərməyə davam edəcək.

Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz, şübhəsiz ki, hələ də İsrailin HƏMAS-a qarşı hərəkət etmək hüququna və öhdəliyinə inanırıq. Hərbi kampaniyaları haqqında danışıblar və çox açıq şəkildə bildiriblər ki, bu fasilələrdən sonra yenidən onlara qarşı (HƏMAS-a qarşı) hərəkət etmək niyyətindədirlər. Onlar nə vaxt qərar qəbul etsələr, ehtiyac duyduqları imkanlar və silah sistemləri, şəhər şəraitində müharibə ilə bağlı təklif edə biləcəyimiz məsləhətlər və qiymətləndirmələr baxımından ABŞ-dan dəstək almağa davam edəcəklər”, – o deyib.

Kirbinin sözlərinə görə, ABŞ Prezidenti Co Bayden İsrail rəsmiləri ilə təmasda “onlar bu terrorçularla mübarizədə ABŞ-ın dəstəyini almağa davam edəcəklərini” vurğulayıb. “Yenə də, biz indi daimi atəşkəsi dəstəkləmirik. Biz humanitar fasilələri dəstəkləyirik”, – Ağ Ev rəsmisi əlavə edib.

O qeyd edib ki, Vaşinqton hazırkı fasilənin uzadılmasının tərəfdarıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × five =