ABŞ Qafqazda nəyə nail olmaq istəyir?

ABŞ Qafqazda nəyə nail olmaq istəyir?

Bir müddət əvvələ qədər Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı qərəzli mövqe sərgiləyən ABŞ rəsmilərinin mövqeyində müəyyən qədər yumşalma müşahidə olunur.

Birləşmiş Ştatların Qafqaz regiona marağının alt qatında nə dayanır? Onun bölgədə reallaşdırmağa çalışdığı başlıca məqsədləri hansılardır?

Konfliktoloq Elman Vəliyev bildirib ki, ABŞ-nin əsas istəyi bölgəyə təsirini artırmaqdır:

“ABŞ-nin Qafqaza olan marağı ilk baxışdan Rusiya ilə rəqabət kimi görünsə də, əsas məqsəd bölgə dövlətlərinə təsir imkanlarını artırmaqdır. Qafqazın əhəmiyyəti onun strateji mövqeyindədir. Yəni bu region tranzit üçün əla vasitədir. Lakin Qafqaz dünyanın mərkəzi deyil ki, onun uğrunda amansız mübarizə getsin. Hazırda ABŞ-nin əsas məqsədlərindən biri də Rusiyanın bölgədə genişlənməsinin qarşısını almaqdır. Bununla belə, AB və ABŞ-nin Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycana fədtək verəcəyini zənn etmirəm”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + twelve =