ABŞ Qırmızı dənizdə husiləri nəzarət altına almaq üçün komanda yerləşdirəcək
Birləşmiş Ştatlar husilərin mülki gəmilərə hücumlarının qarşısını almaq üçün Qırmızı dənizə koalisiya qüvvələri yerləşdirmək niyyətindədir.
Bu barədə ABŞ mətbuatında məlumat yayılıb.
Verilən məlumata görə, söhbət xüsusi gücləndirilmiş çoxmillətli operativ qrupun yerləşdirilməsindən gedir.
Həmçinin qeyd edilir ki, Vaşinqton yəmənli üsyançılara müraciət edərək Qırmızı dənizdə gəmilərə hücumları dayandırmağı tələb edib. Onların hərəkətləri beynəlxalq sularda sərbəst naviqasiya üçün təhlükə yaradır.