ABŞ rəsmisi Ağ Evin İsraili dəstəklədiyini bildirib

ABŞ rəsmisi Ağ Evin İsraili dəstəklədiyini bildirib

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İsraildə keçirdiyi mətbuat konfransında ölkəsinin Təl-Əvivi dəstəklədiyini deyib.

“Report” xəbər verir ki, o, ABŞ-nin İsrailin yanında olduğunu bildirib:

“Biz İsrailin HƏMAS-a qarşı özünümüdafiə hüququnu dəstəkləyirik”.

C.Sallivan həmçinin bu gün İordan çayının qərb sahilində Fələstin Prezidenti Mahmud Abbasla da görüşəcəyini söyləyib.

Eyni zamanda ABŞ rəsmisi dinc əhali arasında itkilərin qarşısının alınması məqsədilə İsraildən nəticə gözlədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, HƏMAS-la israil arasında müharibə bu il oktyabrın 7-də başlayıb. Bu, savaş başlayandan bəri C.Sallivanın İsrailə ikinci səfəridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + three =