ABŞ Rusiyanı Şimali Koreya raketlərindən istifadə etməkdə ittiham edib

ABŞ Rusiyanı Şimali Koreya raketlərindən istifadə etməkdə ittiham edib

Rusiya Ukraynaya hücum etmək üçün KXDR-dən aldığı raketlərdən istifadə edir.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, Rusiya bu raketlərdən birini dekabrın 30-da, digərini isə yanvarın 2-də buraxıb.

ABŞ hesab edir ki, Rusiya KXDR-in təqdim etdiyi raketlərə arxalanır.

Kirbi həmçinin bildirib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyası ilə Pxenyan arasında iddia edilən silah müqaviləsi məsələsini BMT Təhlükəsizlik Şurasında qaldıracaq və Rusiya Federasiyası, İran və KXDR arasında transferlərin təmin edilməsinə kömək edənlərə qarşı sanksiyalar tətbiq edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 − one =