ABŞ Suriyanın Əl-Həsəkə şəhərindəki bazalarına hərbi texnika göndərib
Əl-Məyadin xəbər kanalı Vaşinqtonun Suriyanın şimal-şərqində yerləşən Əl-Həsəkə şəhərindəki bazalarına yüz zirehli maşın daxil olmaqla, hərbi və logistika təchizatı göndərdiyini bildirib.
Bu cümə axşamı Suriyanın şərqində və şimal-şərqində işğalçı rolunun davamı olaraq, Amerika terrorçu əsgərləri növbəti dəfə bu bölgədəki qeyri-qanuni bazalarına silah və hərbi texnika göndəriblər.
Suriya hökuməti ABŞ və Türkiyənin öz ərazisində olmasını qeyri-qanuni hesab edir və dəfələrlə bu işğalçı varlığa son qoyacağını vurğulayıb. Suriyanın şərqində və şimal-şərqində mövcud olan amerikalılar bu ölkənin neftini hədəfə alır və terrorçuların əməkdaşlığı ilə hər gün yüzlərlə barel nefti talayaraq Kürdüstan, İraq və Türkiyənin qara bazarlarında satırlar.
Əl-Məyadin xəbər kanalı Vaşinqtonun Suriyanın şimal-şərqində yerləşən Əl-Həsakə şəhərindəki bazalarına İraqla sərhəddəki qeyri-qanuni “Əl-Vəlid” keçidindən Suriyaya daxil olaraq hərbi və logistik avadanlıq göndərdiyini bildirib.
Bu texnikaya 100 zirehli maşının olduğu iki hərbi karvan daxildir. Bu avadanlıq ABŞ-ın Əl-Şədadi, Remilan və Tel-Bidrdəki bazalarına göndərilib. Bu əraziyə zirehli texnika ilə yanaşı, oğurlanmış bir neçə neft tankeri də göndərilib.
Son bir neçə gün ərzində amerikalı terrorçular Deyrəz-Zor rifindəki qeyri-qanuni bazalarına çoxlu sayda hərbi və logistik ləvazimat köçürüblər ki, onlardan sonuncusu bu gün Koniko ərazisinə daxil olan hərbi karvan olub.
Bu mənbələr davam edib: Kürd ünsürləri 500-dən çox hərbi texnikanı, o cümlədən, Amerika istehsalı olan zirehli texnikanı Əl-Həsəkə vilayətinin Qamışlı şəhərindən Əkidat, Əl-Bəsirə, Əl-Şaheli, Əl-Əzub və neft platformalarınanın yerləşdiyi qəsəbələrə köçürüb. Qeyri-qanuni Amerika bazası Deyrəz-Zorun şərqində yerləşir.
Amerikalılar ötən günlərdə kürd muzdlularının əməkdaşlığı və koordinasiyası ilə Deyrəz-Zordakı bazalarında hərbi manevrlər keçiriblər. Bəzi yerli mənbələr kürd ünsürlərinin Suriya ordusunun nəzarətində olan kəndlərə hücum etmək üçün qüvvələrini hazırladığını bildirir. Bu kəndlər bunlardır: Həttalə, Əl-Cuneynə, Mərat, Məzlum, Əl-Hüseyniyyə, Ət-Tabiyyə və Xəşam.