ABŞ “TSAXAL”ın batalyonlarından birinə dəstəyi məhdudlaşdıra bilər

ABŞ “TSAXAL”ın batalyonlarından birinə dəstəyi məhdudlaşdıra bilər

ABŞ Dövlət Departamenti “TSAXAL” ordusunun üç batalyonundan biri olan “Netsax İequda” batalyonuna dəstəyin məhdudlaşdırılmasını nəzərdən keçirir.

“NBC News” xəbərinə görə, buna səbəb adı açıqlanmayan hərbi qruplaşmanın İordan çayının qərb sahilində dinc əhaliyə qarşı çoxsaylı zorakılıq əməllərində iştirakı ilə bağlı faktların mövcudluğudur.

İsrail hökuməti isə Vaşinqtonu bu addımından çəkindirmək üçün danışıqlara başlamaq niyyətini açıqlayıb.

Qeyd edək ki, ABŞ hökuməti bu qərarını 1997-ci ilə aid “Pixa qanunu” ilə əsaslandırır. Sözü gedən sənəddə hər hansı ölkənin ərazisində yerli əhaliyə qarşı zorakılıqda və insan hüquqlarının pozulmasına adı hallanan hərbi birləşməyə hər növ yardımı qadağan edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − twelve =