ABŞ Ukraynaya silah tədarükünü dayandırıb

ABŞ Ukraynaya silah tədarükünü dayandırıb

ABŞ büdcə vəsaiti olmadığına görə Ukraynaya yeni silah tədarükü hazırlamır.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sonuncu yardım paket dekabrın 27-də Kiyevə ayrılıb.

“Hazırda biz başqa bir yardım paketi hazırlamaq üzərində işləmirik, nə də [onun hazırlanması] və ya [yeni yardım paketinin] göndərilməsi ilə bağlı heç bir elan verilməyib”, – deyə o bildirib.

C.Kirbi əlavə edib ki, ABŞ administrasiyasının hazırda bunun üçün maliyyə resursları yoxdur, “buna görə də bu yardımı davam etdirə bilməmiz üçün Ukrayna üçün əlavə milli təhlükəsizlik maliyyəsi əldə etmək bizim üçün çox vacibdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × one =