ABŞ və Böyük Britaniya Avstraliya ilə yeni saziş bağladı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliya hökuməti bazar ertəsi ABŞ və Britaniya ilə birgə nüvə sualtı qayıqlarının istehsalı ilə bağlı məxfi məlumatların əldə edilməsinə dair yeni saziş imzalayıb.
Anadolu Xəbər Agentliyinin məlumatına görə, Avstraliya Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “Aeocus alyansındakı (ABŞ və Böyük Britaniya) tərəfdaşları ilə nüvə mühərriki haqqında məlumat mübadiləsinə dair sazişin imzalanması Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı qayıqlar əldə etmək səylərində daha bir mühüm addımdır”.
Avstraliyanın müdafiə naziri Peter Dutton da təsdiqləyib ki, yeni razılaşmaya əsasən, ABŞ və İngiltərə nüvə mühərriklərinə dair həssas və məxfi məlumatları ilk dəfə üçüncü ölkəyə verəcəklər.
2016-cı ildə Avstraliya 12 sualtı qayıq istehsalı üçün Fransanın hərbi dəniz donanmasına bağlı bir şirkətlə çoxmilyardlıq müqavilə imzalasa da, bu ilin sentyabrında ABŞ prezidenti ilə Avstraliya və Böyük Britaniya baş nazirləri arasında keçirilən üçtərəfli görüşdən sonra Kanberranın Vaşinqton və Londonla birgə sualtı qayıqlar inşa edəcəyi açıqlandı.