ABŞ və Çin Bayden-Cinpin görüşünə hazırlığı müzakirə edir

ABŞ və Çin Bayden-Cinpin görüşünə hazırlığı müzakirə edir

Vaşinqton və Pekin ABŞ Prezidenti Co Bayden və Çin Sədri Si Cinpin arasında görüşün keçirilməsi imkanını müzakirə edir, hazırlıq çərçivəsində Çinin xarici işlər naziri Van Yi və Dövlət Şurasının Baş nazirinin müavini He Lifenin ABŞ-a səfər edəcəyi planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Van Yi ABŞ-a artıq oktyabrda səfər edə bilər.

“The Wall Street Journal” əlavə edir ki, Si Cinpin noyabrda San Fransiskoda keçiriləcək APEC sammitində iştirak etmək üçün ABŞ-a səfər edə bilər. Qəzetin məlumatına görə, Si Cinpinin mümkün səfəri zamanı iki ölkə liderlərinin ayrıca ikitərəfli görüşünün mümkünlüyü müzakirə olunur.

APEC-in San Fransisko sammiti noyabrın 12-18-də keçiriləcək.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + fifteen =