ABŞ və İngiltərə yenidən Yəmənə hərbi təcavüz edib

ABŞ və İngiltərə yenidən Yəmənə hərbi təcavüz edib

Xəbər mənbələri çərşənbə axşamı səhər saatlarında ABŞ və İngiltərənin Yəmənin paytaxtı Səna və ölkənin digər bölgələrinə hava və raket hücumları təşkil etdiyini bildirib.

İRNA-nın “Əl-Məsirə”-yə istinadən verdiyi xəbərə görə, Yəmənin paytaxtı Səna yenidən ABŞ və İngiltərənin hərbi təcavüzünün hədəfinə çevrilib.

Bu xəbərə görə, Əs-Səbin şəhərindəki Əl-Həfa bazası 4 dəfə və Səna vilayətində yerləşən Bəni əl-Haris şəhərindəki Əl-Deyləmi bazası 4 dəfə ABŞ və İngiltərə tərəfindən hücuma məruz qalıb.

Xəbərdə əlavə olunur ki, Yəmənin cənub-qərbindəki Təiz əyalətində yerləşən Muqbənə şəhərinin Əl-Bərəh bölgəsi də Amerika və İngiltərə qırıcıları tərəfindən hədəfə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + twelve =