ABŞ və Qətər Müdafiə nazirləri arasında bölgədəki vəziyyətlə bağlı telefon danışıği olub

ABŞ və Qətər Müdafiə nazirləri arasında bölgədəki vəziyyətlə bağlı telefon danışıği olub

ABŞ Müdafiə naziri Qətərli həmkarı ilə telefon danışığında regional və beynəlxalq vəziyyəti nəzərdən keçirib.

Məlumata görə, ABŞ Müdafiə naziri Loyd Ostin Qətərli həmkarı Xalid bin Məhəmməd Əl-Ətiyyə ilə telefon danışığı aparıb.

Qətər Müdafiə Nazirliyi bəyanat yayaraq, tərəflərin ümumi maraq doğuran məsələləri, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi yollarını müzakirə etdiyini açıqlayıb.

Qətər və ABŞ-ın müdafiə nazirləri beynəlxalq və regional vəziyyəti də nəzərdən keçiriblər.

Qətərdə əksəriyyəti Hərbi Hava Qüvvələrindən olan və Dohadan 30 kilometr cənub-qərbdə yerləşən Əl-Ədid bazasında yerləşdirilən təxminən 13 min Amerika əsgəri var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =