ABŞ və Qətər Qəzzada ən azı altı həftəlik atəşkəsə nail olmaqda qərarlıdır

ABŞ və Qətər Qəzzada ən azı altı həftəlik atəşkəsə nail olmaqda qərarlıdır

ABŞ dövlət katibi Entoni Blinken Manamada Bəhreynin vəliəhdi və baş naziri Salman bin Həməd Əl Xəlifə ilə görüşüb, girovların azad edilməsinə dair razılaşmanın bir hissəsi olaraq Qəzza zolağında ən azı altı həftə atəşkəsə nail olmaq səylərini müzakirə edib.

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller açıqlamasında deyib.

Qeyd olunub ki, Blinken müqəddəs Ramazan ayında sabitliyin təşviq edilməsi və münaqişədən sonrakı mərhələyə hazırlıq məqsədilə regional və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirəcəyinə söz verib.

Tərəflər həmçinin Qırmızı dənizdə husilərin ticarət gəmilərinə hücumlarını müzakirə ediblər, beynəlxalq hüquqa və naviqasiya azadlığına ortaq öhdəliklərini təsdiq ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × five =