ABŞ: Yəməndən atılmış raketin hədəfi biz idik
Yəməndən atılmış raketin düşməsi haqda məlumatlardan sonra Amerika bu raketin hədəfinin onların Qırmızı Dənizdə üzən esminesi olduğunu elan edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Pentaqon sözçüsü deyib: Amerikanın USS Tomas Hudner esminesinin hədəfə alınıb və raketdən müdafiə sistemi ilə zərərsizləşdirilib. Bu pilotsuz raket Yəmən tərəfdən olub.
Bundan əvvəl də Routers ABŞ rəsmilərindən biri Qırmızı Dənizdəki Pentaqon esminesinin Yəməndən hədəfə alındığını və raketdən müdafiə sistemi vasitəsilə zərərsizləşdirildiyini demişdi.
Qeyd olunur ki, pilotsuz təyyarə Yəməndən buraxılıb və gəmiyə doğru irəliləyirmiş. Lakin Pentaqon pilotsuz təyyarənin vurulmadan əvvəl nə qədər yaxından uça bildiyini dəqiqləşdirməyib.
Bu, son bir ayda ikinci belə haldır.
Xatırladaq ki, oktyabr ayında ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesi Yəməndən atılan üç qanadlı raketi və bir neçə İHA-nı ələ keçirib.
O zaman Pentaqonun sözçüsü raketlərin və pilotsuz təyyarələrin nəyi hədəfə aldığını dəqiq deyə bilməyəcəyini, lakin onların İsrailə doğru yönəlmiş ola biləcəyini bildirmişdi.