ABŞ yalan ilə Yəmənə qarşı təcavüzə haqq qazandıra bilməz

ABŞ yalan ilə Yəmənə qarşı təcavüzə haqq qazandıra bilməz

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda ABŞ-ın bu yaxınlarda Yəməndəki vəziyyətlə bağlı Tehrana qarşı irəli sürdüyü iddialara cavab verib.

Əmir Səid İrəvani bu məktubda Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətin gündəliyi çərçivəsində keçirilən açıq sessiyası zamanı ABŞ nümayəndəsinin Yəməndəki vəziyyətlə bağlı İrana qarşı səsləndirdiyi əsassız iddia haqda yazıb: “Təəssüf ki, ABŞ nümayəndəsi öz ölkəsinin adi yanaşmasına uyğun olaraq, müstəqil dövlətləri ittiham etmək üçün Təhlükəsizlik Şurasının tribunasından sui-istifadə edib”.

“İran İslam Respublikası bu əsassız ittihamları qəti şəkildə rədd edir, çünki o, Yəməndəki vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiqliyini dəfələrlə bəyan edib və bu qətnamələri pozan fəaliyyətlərdə iştirak etməyib”, – deyə İrəvani vurğulayıb.

İrəvani daha sonra bildirib ki, İran Yəmən böhranının diplomatik kanallar vasitəsilə dinc yolla həllini həmişə vurğulamış və dəniz təhlükəsizliyi və naviqasiya azadlığına sadiqliyini ifadə etmişdir.

“Bununla belə, ABŞ və onun koalisiya tərəfdaşları Yəmənin suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüz aktları törətmişlər və törətməkdə davam edirlər ki, bu da beynəlxalq qanunları, BMT Nizamnaməsini və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozur. Bu kobud pozuntular regional sülh və sabitliyə təhlükə yaradır, Yəməndə sülh yolu ilə həllə nail olmaq səylərinə mane olur və ölkədəki dəhşətli humanitar böhranı daha da gücləndirir”, – deyə İranın BMT-dəki daimi nümayəndəsi qeyd edib.

İranın səfiri davam edib: “ABŞ bu kobud pozuntulara görə tam məsuliyyət daşıyır və öz məsuliyyətini inkar edə bilməz. Buna görə də, Yəməndəki vəziyyətlə bağlı uğursuz taktikalardan istifadə etmək, yalan və dezinformasiya kampaniyaları ABŞ-ın Yəmənin suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzünə haqq qazandıra və ya onu qanuniləşdirə bilməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + ten =