ABŞ Yaxın Şərqdə güc tətbiq edə bilər

ABŞ Yaxın Şərqdə güc tətbiq edə bilər

ABŞ hökuməti lazım gələrsə, Yaxın Şərqdə güc tətbiq etməyə hazır olduqları barədə siqnallar göndərir.

Musavat.com xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin “Cerald Ford” aviadaşıyıcısı ilə birlikdə zərbə qrupu daha əvvəl Aralıq dənizinin şərqinə gəlib, ikinci təyyarədaşıyan “Dwight Eisenhower” də bölgəyə gedir.

Amerika donanması dörd min dənizçi və dəniz piyadasından ibarət “Bataan” gəmisinin desant qrupu tərəfindən doldurulacaq.

“ABŞ qapalı kanallar vasitəsilə İrana mesajlar göndərib və lazım gələrsə güc tətbiq etməkdə ciddi olduğunu bildirib”, – deyə agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, ABŞ qüvvələrinin yerləşdirilməsi iranyönlü qüvvələrin Fələstin-İsrail münaqişəsinə daxil olmasının qarşısını almaq məqsədi ilə həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × three =