ABŞ yeni silah yükünü İsrailə göndərdi
İsrailin Kan televiziyası Amerikanın Tel Əvivə yeni silah tədarükü yükünün göndərildiyindən xəbər verib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, ABŞ onlarla Apaçi heliopterləri və F-35 qırıcı təyyarələrinin də daxil olduğu yeni silah yükünü göndərib.
Bu məlumat Həmasın yüksək rütbəli lideri Üsamə Həmdanın dünənki çıxışından sonra yayımlanıb. O deyib ki, ABŞ indiyə qədər sionistlərə minimum 230 təyyarə və 20 gəmi ilə silah-sursat göndərib.
Times-in məlumatına görə bu silah tədarükü yükü İsrail müharibə nazirliyinin baş diretoru Ayal Zamirin Vaşinqtona Pentaqon rəsmiləri ilə görüşündən sonra imzalanmış müqavilə əsasında verilib. Müqavilədə 12 Apaçi helikopteri, 25 kəşfiyyat qırıcısı, F-35i və F-25, həmçinin F-15 İA hərbi təyyarəsinin İsrailə veriləcəyi yazılıb.
Deyilənlərə görə, İsrail bu müqaviləni ötən il bağlayıb və 7 oktyabr müharibəsindən aldığı ibrət dərsi onları bu işə vadar edib.