Açıq məsələlər üzrə danışıqlar davam etdiriləcək

Açıq məsələlər üzrə danışıqlar davam etdiriləcək

Ermənistan və Azərbaycan xarici işlər nazirləri açıq məsələlər üzrə danışıqları davam etdirmək barədə qarşılıqlı razılığa gəliblər.

28-29 fevral 2024-cü il tarixlərində Almaniyanın Berlin şəhərindəki Villa Borsiqdə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar aparılıb.

Nazirlər və onların nümayəndə heyətləri Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli Saziş layihəsinin müddəaları üzrə perspektivləri müzakirə ediblər və görüşün sonunda açıq məsələlər üzrə danışıqların davam etdirilməsi ilə bağlı qarşılıqlı razılıq ifadə olunub.

Səfər çərçivəsində nazirlər həm ayrılıqda, həm də üçtərəfli formatda Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 6 =