AFP: Haitidə məhbusların kütləvi şəkildə qaçması zamanı 10 nəfər ölüb

AFP: Haitidə məhbusların kütləvi şəkildə qaçması zamanı 10 nəfər ölüb

Haitinin paytaxtı Port-o-Prensin həbsxanasından bir neçə min məhbusun qaçması zamanı azı 10 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Həbsxananın ətrafına baş çəkmiş agentliyin müxbiri güllə yaraları olan 10-a yaxın meyit görüb.

Xatırladaq ki, daha öncə yaraqlı qruplar Port-o-Prensdəki həbsxanaya hücum edərək orada saxlanılan bir neçə yüz məhbusu azad ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 11 =