Afrika Birliyi çevrilişə görə Malinin üzvlüyünü dondurub

Afrika Birliyi çevrilişə görə Malinin üzvlüyünü dondurub

Malidə son ildə ikinci dəfə çevriliş fonunda saxlanılan prezident və baş nazir sərbəst buraxılsa da yeni “müvəqqəti hökumət”ə qarşı beynəlxalq təzyiqlər davam edir.

Afrika ölkələri ittifaqı çevrilişə görə Malinin üzvlüyünü dondurub.

Qeyd edək ki, ötən ay Malidə prezident, baş nazir və müdafiə naziri saxlanılaraq, paytaxt Bamako yaxınlığında Kati adlı hərbi qərargaha aparılmışdılar.

Çevriliş həyata keçirən hərbçilər az sonra müvəqqəti prezident Ndaunu və hökumətin müvəqqəti baş nazirini sərbəst buraxıblar.

BMT hərbçilər və sabiq vitse-prezident tərəfindən ölkənin idarə edilməsi üçün elan edilən müvəqqəti siyasi qurumu tanımayıb.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − seven =