Ağ Ev: ABŞ-ı yenidən şatdaun təhdid edir

Ağ Ev: ABŞ-ı yenidən şatdaun təhdid edir

ABŞ-ı yenidən şatdaun təhlükəsi gözləyir – hökumətin maliyyələşdirilməsinin qismən dayandırılması. Buna iki həftədən bir qədər çox vaxt qalıb.

Report xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Karin Jan-Pyer xəbərdarlıq edib.

“Hökumətin bir hissəsinin işə davam edə bilməyəcəyi anın 16 günlüyündəyik. Respublikaçılar öz işlərini görmək əvəzinə dekabrın ortalarında Vaşinqtonu tərk etdilər və gələn həftəyə qədər geri qayıtmayacaqlar”, – Jan-Pyer bildirib.

Daha əvvəl Administrasiya və Konqres tam büdcənin qəbul edilməsi barədə razılığa gələ bilməyiblər, qanunvericilər hökumətin maliyyələşdirilməsinin başa çatması ərəfəsində kompromis büdcə qəbul ediblər. Qanuna əsasən, maliyyə ayırmaları bir sıra hökumət qurumları və proqramları üçün yanvarın 19-dək, digərləri üçün isə fevralın 2-dək baş tutacaq.

Eyni zamanda, sənəddə Administrasiya tərəfindən Ukraynaya və İsrailə kömək üçün tələb olunan vəsaitin ayrılması nəzərdə tutulmayıb, habelə respublikaçıların axtardığı büdcə ixtisarları da yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − nine =