Ağ Ev: Həmas həmişəki kimi İsrail üçün təhlükədir
Ağ Ev Təhlükəsizlik Şurasının sözçüsü dünən axşam (16 yanvar) İsrailin Qəzzə zolağının cənubu əməliyyatlarında zəif performans göstərdiyini iddia edərək deyib: Həmas rəsmiləri 7 oktyabr hadisəsini təkrarlayacaqları barədə təhdidlərini nəzərə alaraq İsrail üçün həmişə olduğu kimi təhlükə olaraq qalır.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Con Kirbi Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib: İsrail Qəzzə zolağının cənubunda keçirdiyi əməliyyatlarda gözləniləndən daha çox zəif performans göstərdi. Amma biz girovların azad edilməsi məsələsinə fokuslandığımız üçün Qətərlə ciddi danışıqların müzakirə mərhələsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Con Kirbi daha sonra Qəzzəyə humanitar yardımların çatdırılması və fələstinlilərin Qəzzə şimalına köçürülməsinə hazırlaşdığını da iddia edib.
Ağ Ev rəsmisi həmçinin Qırmızı dənizdəi vəziyyətlə əlaqədar Yəmənin sionist rejim məqsədli gəmilərə hücumların dayandırmasına işarə edərək qeyd edib: Biz yəmənlilərlə müharibə istəmirik. Amma onların hücumlarına cavab verməliyik.