Ağ Ev: İsrail ordusu üçün dəhşətli gün idi
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü bir gündə 24 İsrail əsgərinin öldürülməsini həmin rejimin ordusu üçün “dəhşətli gün” adlandırıb.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Qəzzada bir gündə 24 İsrail əsgərinin öldürülməsini İsrail ordusu üçün “dəhşətli gün” adlandırıb.
Kirbi deyib: “Dünən İsrail qüvvələri üçün dəhşətli gün idi. Bu sayda əsgərin bir gündə itkisi həddən artıq çoxdur və onların ailələrinə və həmkarlarına başsağlığı veririk.”
Ağ Ev İsrailin hərbi əməliyyatlarında 25 mindən çox insanın həlak olduğu Qəzza xalqına eyni cür empatiya göstərmədiyi üçün tənqid atəşinə tutulub.
Oktyabr ayında Con Kirbi müharibədə çoxlu fələstinlinin ölümünə cavab olaraq demişdi: “Müharibə belədir, əddardır, çirkindir və xaotikdir.”
Bazar ertəsi səhər Qəzzanın şimalında törədilən güclü partlayışda 21 İsrail əsgəri həlak olub, beləliklə, bu gün rejim ordusunun Qəzzada hərbi əməliyyatların başlamasından bəri ən pis gün kimi qeydə alınıb.
İsrail ordusunun sözçüsü Daniel Haqari bu əsgərlərin necə öldüyü ilə bağlı bildirib ki, Fələstin qüvvələri əvvəlcə RPQ gülləsi ilə bir tankı məhv edib, daha sonra İsrail əsgərlərinin içərisində olduğu ikimərtəbəli binada böyük partlayış baş verib.
Digər tərəfdən İsrail Radio və Televiziya Təşkilatı (KAN) da İsrail əsgərlərinin binanı tamamilə məhv etmək üçün içəriyə partlayıcı yerləşdirdiyini, bu sırada HƏMAS qüvvələrinin gələrək binaya zireh əleyhinə raketlər atdığını, daha sonra isə böyük partlayışa səbəb olduğunu bildirib. Nəticədə bütün bina İsrail əsgərlərinin üzərinə çöküb.
Adı çəkilən 24 əsgərin ölümü ilə bu rejimin rəsmi statistikasına görə, Qəzza müharibəsi başlayandan bəri İsrail ordusunun ölənlərin sayı 556-ya yüksəlib. Həmçinin İsrail ordusunun statistikasına görə, Qəzzada quru əməliyyatı başlayandan indiyədək 221 əsgər həlak olub.
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS oktyabrın 7-də Fələstinin yetmiş ildən çox işğalı və iyirmi ilə yaxındır Qəzzanın mühasirəsi və minlərlə fələstinlinin həbs və işgəncəsinə cavab olaraq Əl-Əqsa tufanı” əməliyyatına başlayıb.
Bu əməliyyat bu rejimə qarşı ən qanlı hücumlardan biri idi.
HƏMAS döyüşçüləri sərhəd hasarlarının bir neçə nöqtəsində işğal olunmuş ərazilərə soxulub, kəndlərə hücum edib və çoxlu sayda israillini öldürməklə yanaşı, onların bir qismini əsir götürüblər. Məlumatlara görə, HƏMAS hazırda Qəzzada 136 israillini girov saxlayır.
Sionist rejim bu əməliyyata cavab olaraq Qəzzəyə qarşı şiddətli hücumlara başlayıb və bu ərazini tam mühasirəyə alıb. İsrailin Qəzzaya hücumları nəticəsində indiyədək ən azı 25 295 fələstinli şəhid olub, 63 000 nəfər isə yaralanıb. Buna baxmayaraq, analitiklərin dediyi kimi, Əl-Əqsa tufanı əməliyyatı İsraili böyük təhlükəsizlik-siyasi məğlubiyyətə uğradıb.
İsrail Qəzzada əsirlərin azad edilməsini və HƏMAS-ın məhv edilməsini Qəzzada müharibə məqsədləri kimi müəyyənləşdirib. Buna baxmayaraq, bu məqsədlərin hər ikisinin reallaşması dalana dirənib.