Ağ Ev: Qəzzədəki girovların yeri barədə dəqiq məlumatımız yoxdur

Ağ Ev: Qəzzədəki girovların yeri barədə dəqiq məlumatımız yoxdur

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri sionist rejimin Qəzzədəki girovlarının azad edilməsi və humanitar atəşkəsin yaradılması üçün bir neçə saat deyil, bir neçə gün zamana ehtiyac var.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Cek Sullivan dünən axşam (13 noyabr) Amerikanın Həmasla sionist girovların azad edilməsi barədə müzakirələrinin davam etdiyindən xəbər verərək deyib: Bu zaman tələb edən mövzudur və biz taktiki-humanitar atəşkəs barədə də İsraillə danışıqlar aparırıq.

ABŞ medialarının yazdığına görə Sullivan Həmasın sionist girovları harada və necə saxlanılması barədə dəqiq məlumatının olmadığını xatırladaraq deyib: Biz girovların azadlığı qarşılığında bir neçə saatlıq deyil, bir neçə günlük atəşkəs razılığının alınmasına çalışırıq. Qəzzə xəstəxanalarının fəaliyyəti bərqərar edilməlidir. Biz atəşkəsin dəqiq zamanla deyil, humanitar yardımların təhlükəsiz şəraitdə çatdırılması ilə tənzimlənmiş qrafiki ilə bərqərar olunmasını istəyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 2 =