Aİ Azərbaycanı təhdid etdi
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel Azərbaycanı “Ermənistanın ərazi bütövlüyü pozulduğu” təqdirdə bunun “ciddi nəticələri olacağı” ilə hədələyib. O, həmçinin Ermənistana dəstəyin gücləndiriləcəyini vəd edib.
Oktyabrda Avropa Şurası Ermənistanın demokratik yolla seçilmiş hökuməti və təhlükəsizliyini dəstəkləmək üçün onunla əməkdaşlığın gücləndirilməsini müzakirə edib. Bunu bazar ertəsi Brüsseldə Avropa Ittifaqı xarici işlər nazirlərinin görüşündə xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel deyib.
“Biz Ermənistandakı missiyamızı gücləndirmək qərarına gəldik: sərhədin təhlükəli hissələrində daha çox müşahidəçi və daha çox patrul olacag. Bız həmçinin Avropa Sülh Fondu çərçivəsində Ermənistana mümkün dəstəyi və Ermənistan üçün viza rejiminin liberallaşdırılmasını öyrənəcəyik”, – Avropa Ittifaqı xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel deyib.
Borrell Ermənistanı daxildən və xaricdən sabitliyi pozmaq cəhdlərinə qarşı sayıq olmağa çağırıb. “Bizim Azərbaycana mesajımız aydındır: Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması qəbuledilməzdir və münasibətlərimizin keyfiyyəti üçün ciddi nəticələrə səbəb olacaq”. “Biz Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri çərçivəsində Ermənistan və Azərbaycan arasında danışıqların bərpasına çağırırıq. Biz sülh müqaviləsi bağlamalıyıq və vasitəçilik rolumuzu davam etdirmək əzmindəyik”, – Borrell vurğulayıb.
Azərbaycan XİN Jozep Borelin bu bəyanatını pisləyib. XİN Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistanın işğalında qalmasına 1 milyon azərbaycanın qaçqın və məcburi köçkün düşməsinə Avropa İttifaqının yetərli qədər diqqət ayırmamasına diqqət çəkib.
Şərhdə, Aİ Ermənistanı silahlandırmaq və bununla bölgədə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasəti yeritməkdə ittiham olunur.
Qeyd edək ki, Azərbaycan Respublikasının öz ərazilərini işğaldan azad etməsi Avropa Birliyi qurumları və aparıcı dövlətləri tərəfindən ciddi narazılığa səbəb olub və qərb ölkələri tərəfindən Azərbaycana qarşı kəskin siyasi, mediya hücumları formalaşıb.