Ali Məqamlı Rəhbər şəhidlərə cənazə namazı qıldı

Ali Məqamlı Rəhbər şəhidlərə cənazə namazı qıldı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri mərhum prezident Seyid İbrahim Rəisi və digər şəhidlər üçün cənazə namazı qıldılar.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma  Xamenei Tehran Universitetində xidmət şəhidləri, mərhum prezident Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər şəhidlər üçün cənazə namazı qıldılar.

Xidmət şəhidlərinin müşayiət olunması mərasimi bu gün səhər saatlarında çoxlu sayda Tehran əhalisi, üç hakimiyyət orqanının başçıları və ölkənin digər hərbi və siyasi rəsmilərinin iştirakı ilə Quran tilavəti ilə başladı.

Namaz qılındıqdan sonra şəhidlərin cənazələri əzadar xalqın əlləri üzərində Azadlıq meydanına doğru müşayiət olundu. 

Şəhidlərin cənazələri ilə vida mərasimində İsmayıl Həniyyə başda olmaqla Fələstindəki İslami Müqavimət hərəkatının nümayəndələri də iştirak edirdi.

Eyni zamanda 40-dan çox yüksək səviyyəli xarici nümayəndə heyəti bu gün günortadan sonra Tehranda keçiriləcək anım mərasimində iştirak edəcək.

Xarici iştirakçılar arasında təxminən 10 nümayəndə heyəti dövlət başçıları səviyyəsində, 20-yə yaxın nümayəndə heyəti nazirlər səviyyəsində, qalanları isə müxtəlif səviyyələrdə misal üçün parlament sədrləri, xüsusi nümayəndələr və digər səviyyələrdə qonaqlar var.

.Dünən axşam da Tehranın İmam Xomeyni (r.ə) müsəllasında Tehran əhalisinin prezident və onu müşayiət edən şəxslərlə vida mərasimi keçirilib.

Həmçinin dünən Təbriz və Qum şəhərlərində əhalinin bənzərsiz iştirakı ilə Seyid İbrahim Rəisi və bu qəzanın digər şəhidlərinin cənazələri ilə vida mərasimi təşkil olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =