Aliməqam Rəhbər Ayətullah Xamenei 2800- dən çox məhbusu əfv etdi

Aliməqam Rəhbər Ayətullah Xamenei 2800- dən çox məhbusu əfv etdi

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Peyğəmbəri-Əkrəmin (s) peyğəmbərliyə seçildiyi gün -Məbəs bayramı münasibətilə həbsdə olan 2827 nəfərin əfv olunması barədə fərman imzalayıb.

Maide.Az “leader.ir” saytına istinadla xəbər verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.

İranın Məhkəmə Sisteminin rəhbəri höccətül-islam Qulamhüseyn Möhsini Əjeyi Məbəs bayramı, İslam İnqilabının qələbəsi və Şəban ayındakı mövludlar ilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 2827 məhbusun əfv edilməsi, cəzalarının yüngülləşdirilməsi və ya azaldılması xahiş olunub. Ali Rəhbər həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 9 =