Alimlər yeni Günəş aşkar etdilər: Daha istidir
Publika.az xəbər verir ki, “Sciencealert”ın məlumatına görə, obyekt öz ulduzuna o qədər yaxın orbitdədir ki, onun temperaturu 7 727 dərəcə selsini ötür.
Bu, atmosferindəki molekulları mürəkkəb atomlara bölmək üçün kifayət qədər yüksək bir temperaturdur.
İsraildəki Veizman Elm İnstitutunun astrofiziki Na’ama Hallakounun rəhbərlik etdiyi beynəlxalq qrup obyektə “WD0032-317B” adını verib.
Bildirilib ki, bu kəşf bizə Yupiter kimi qaz nəhənglərinin hədsiz dərəcədə isti, böyük ulduzların ətrafında fırlanması ilə nə baş verdiyini anlamağa kömək edə bilər.
Publika.az