Bayden “quş buraxıb”, Vaşinqton naçar qalıb

Bayden “quş buraxıb”, Vaşinqton naçar qalıb

Publika.az xəbər verir ki, ABŞ rəsmiləri dövlət katibi Entoni Blinkenin Pekinə səfərindən cəmi 24 saat sonra prezident Co Baydenin Çin prezidenti Si Cinpini diktator adlandırmasından narahat olduqlarını bildiriblər. Rəsmilər izah etməli olublar ki, dövlət başçısının sözləri Vaşinqtonun rəsmi siyasətini əks etdirmir. Bu barədə “NBC News” məlumat yayıb.

Qeyd edək ki, Bayden 2023-cü ilin fevralında ABŞ üzərində uçan Çin hava zondlarının insidentlərini şərh edərkən Si Cinpini diktator adlandırıb. Eyni zamanda, həmin çıxışı zamanı Bayden ABŞ dövlət katibi Entoni Blinkenin Pekinə səfərini də şərh edib. Onun fikrincə, ABŞ-Çin münasibətləri “düzgün yoldadır”.

Bundan sonra Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning qeyd edib ki, Baydenin sözləri son dərəcə məsuliyyətsizdir, diplomatik etiketin pozulması, Çinin siyasi ləyaqətinə ciddi zərbə vurulması və açıq siyasi təxribatdır.

Daha sonra ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ABŞ və Çin arasında fikir ayrılıqlarının qaldığını bildirib.

Amerikalı politoloq Malek Dudakov qeyd edib ki, Bayden Çin rəhbərini təhqir edərək, əslində nə düşündüyünü dilə gətirib. Bu, yaxın gələcəkdə iki ölkə arasında münasibətlərin düzəlməsi üçün real şansların olmadığını göstərir.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ hakimiyyətinin ziddiyyətli siyasət yürütdüyünə diqqət çəkib. O qeyd edib ki, bir tərəfdən Baydenin sözləri Amerika hakimiyyətinin hərəkətlərində gözlənilməzliyin böyük elementindən xəbər verir. Eyni zamanda, digər tərəfdən, onlar “bir çox dövlətlər üçün artıq qəbuledilməz olan ABŞ-ın xarici siyasətinin bu cür mentorluq təzahürlərinin davam etməsini” nümayiş etdirirlər.

2022-ci ilin martında Bayden Polşa və Ukrayna sərhədindəki Ukrayna qaçqın düşərgəsinə baş çəkərkən Rusiya prezidenti Vladimir Putini qəssab adlandırıb və “hakimiyyətdə qala bilməyəcəyini” deyib. Daha sonra Amerika lideri əmin edib ki, onun Rusiya lideri ilə bağlı bəyanatları Vaşinqtonun siyasi mövqeyi deyil. O, həmçinin dəfələrlə Putini “müharibə cinayətkarı” adlandırıb.

Baydenin sözlərini şərh edən Putinin mətbuat katibi Peskov vaxtilə ABŞ televiziyasında Yuqoslaviyanı “bombalamağa” çağıran bir adamın belə təhqiramiz ifadələr işlətməsini qəribə və gözlənilməz adlandıraraq bildirib ki, Baydenin çıxışları ölkələr arasında əlaqələrin qurulması üçün fürsət pəncərəsini daraldır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =