Alman deputatlar Azərbaycanda siyasi məhbusları azad etməyə çağırdılar
Almaniya Parlamentinin”İşıqfor” Koalisiyasının üzvləri, insan haqları siyasətçiləri Renata Alt (FDP), Boris Miyatoviç (Yaşıllar) və Frank Şvabe (SDP) Azərbaycanda Qubad İbadoğlunun və digər siyasi məhbusların azad edilməsinə dair açıqlama yayıblar.
Açıqlamada müxalif siyasətçi və iqtisadçı-alim Qubad İbadoğlu barəsində həbs qəti imkan tədbirinin dəyişdirilərək ev məhbusluğuna çevrilməsini alqışlanır.
“Lakin onun sağlamlıq durumu kəskin pisləşmiş, dərman təchizatında problemlər yaranmışdır. Odur ki, biz tələb edirik ki, həkimlər ona müntəzəm baş çəksin ona təcili ehtiyacı olan tibbi yardımı göstərilsin. Biz tələb edirik ki, diplomatik korpusun üzvlərinə və beynəlxalq jurnalistlərə məhkəmə iclaslarına giriş imkanı yaradılsın və məhkəmələr şəffaf keçirilsin”, – bəyanatda daha sonra deyilir.
Qubad İbadoğlu ilə yanaşı, İmran Əliyev, İlhamiz Quliyev və daha üç yüzə yaxın siyasi məhbusun azadlığa buraxılması, və yaxud onlar üşün ən azı ədalətli və şəffaf məhkəmələr və humanist həbsxana şəraiti istənilir.