Almaniya ilk dəfə Ukraynaya “Leopard 1A5” tankları verib

Almaniya ilk dəfə Ukraynaya “Leopard 1A5” tankları verib

Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.

“Report” xəbər verir ki, yardımda 10 “Leopard 1А5” tankı, tanklar və zirehli maşınlar üçün 20 ədəd MG3 pulemyotu, 1035 ədəd 155 mm-lik top mərmiləri və sursatlar, 12 qoşqu və körpü sistemi, 10 radar, 16 “Zetros” yük maşını, 100 min ilk tibbi yardım dəsti daxildir.

Qeyd edək ki, Almaniya dəfələrlə Ukraynaya hərbi yardım paketini təqdim edib. Sonuncu paket iyulun 13-də ayrılıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 5 =