Almaniya kanslerinə qarşı qəzəb: Bizim işimizə qarışma

Almaniya kanslerinə qarşı qəzəb: Bizim işimizə qarışma

Publika.az xəbər verir ki, bu barədə “Yevropeyskaya Pravda” məlumat yayıb. Belə ki, Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniya kanslerinin bəyanatlarının Polşa dövlətinin daxili işlərinə və Polşada seçki kampaniyasına müdaxilə etmək niyyətindən xəbər verdiyini bildirib.

“İkitərəfli münasibətlərimizin yaxşı olması naminə mən Almaniya kanslerini Polşanın suverenliyinə hörmət etməyə və münasibətlərimizə xələl gətirən bəyanatlar verməkdən çəkinməyə çağırıram”, – XİN rəhbəri deyib.

Qeyd edək ki, Şolts partiyasının Nürnberqdəki tədbirində çıxış edərkən Almaniyaya gələn qaçqınların sayının artdığı üçün miqrasiyaya nəzarətin gücləndirilməsinə çağırıb.

Bu kontekstdə o, Polşanın “viza qalmaqalı”nı xatırladıb və vurğulayıb ki, Polşaya gələn, sığınacaq axtaran şəxslər orada qeydiyyatdan keçməli və Almaniyaya göndərilməməlidir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 2 =