Almaniya: Rəfaha hücumda yanmış cəsədlərin görüntüləri dözülməzdir

Almaniya: Rəfaha hücumda yanmış cəsədlərin görüntüləri dözülməzdir

Zahirdə humanitar inanclar sərgiləyən, insan haqqlarına əhəmiyyət verdiyini iddia edən Almaniya reallıqda Tel-Əvivə silah ixracını məhdudlaşdırmaq üçün heç bir addım atmayıb. İşğalçı sionist rejimin silahlarının 30%-ni təmin edən Berlin ABŞ-dan sonra sionist rejimin ən böyük silah tədarükçüsü hesab olunur. Zahirdə humanitar inanclar sərgiləyən, insan haqqlarına əhəmiyyət verdiyini iddia edən Almaniya reallıqda Tel-Əvivə silah ixracını məhdudlaşdırmaq üçün heç bir addım atmayıb. 

Əl-Cəzirə telekanalının məlumatına görə, Almaniya Xarici İşlər Nazirliyi bu gün İsrailin fələstinli qaçqınların Rəfahdakı düşərgəsinə hava hücumunu pisləyən bəyanat yayıb. 

Nazirlik X sosial şəbəkəsindəki səhifəsində yazıb: “İsrailin Rəfahdakı fələstinli qaçqınlar düşərgəsinə dünənki hücumu ilə bağlı araşdırma tez bir zamanda aparılmalıdır…”

Bu bəyanatın davamında Qəzzada 36 min fələstinlinin qətlində sionist rejimin vəhşiliyindən bəhs edilmədən deyilir: “Aralarında uşaqların da olduğu yandırılmış cəsədlərin dərc olunmuş görüntülər dözülməzdir. Mülki əhali istənilən halda daha yaxşı qorunmalıdır…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × five =