Almaniya səfiri Rusiya XİN-ə çağırılıb

Almaniya səfiri Rusiya XİN-ə çağırılıb

Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorf bu gün Krım körpüsünə hücumlarla bağlı alman zabitlər arasında söhbətlə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

TASS xəbər agentliyinin verdiyi  məlumata görə “Lambsdorf bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, rusiyalı təbliğatçı Marqarita Simonyanın yaydığı səs yazısında Hərbi Hava Qüvvələrinin zabitlərinin müdafiə naziri Boris Pistorius üçün Ukraynada “Taurus” raketlərindən istifadənin mümkünlüyü barədə hesabat hazırladıqları əks olunub. Zabitlər açıq şəkildə Ukraynada Amerika və Böyük Britaniya hərbçilərinin olması, eləcə də Krım körpüsünə hücum məqsədilə Almaniyada Ukrayna hərbçilərinə “Taurus” raketlərindən istifadə etmək üçün təlim keçmək imkanlarından danışırlar.

Almaniya kansleri Olaf Şolts bu səs yazısını “çox intensiv, diqqətlə və tez araşdırılan ciddi bir məsələ” adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × three =