Almaniya silah ixracından milyardlar qazandı

Almaniya silah ixracından milyardlar qazandı

2023-cü ildə Almaniya əvvəlki illərlə müqayisədə 40 faiz çox, dəyəri 11,7 milyard avrodan artıq silah ixrac edib.

Bu Almaniyanın bütün tarixində ən yüksək göstəricidir. Məlumata görə, əvvəlki rekord 2021-ci ildə qeydə alınmışdı. İki il əvvəl Almaniya 9,35 milyard avro dəyərində silah ixrac etmişdi. Təqdim olunan məlumatlar 2023-cü il yanvarın 1-dən dekabrın 12-dək olan dövrə aiddir və bu müddət ərzində hökumət koalisiyası 6,15 milyard avro dəyərində silah və 5,67 milyard avro dəyərində digər hərbi məhsulların ixracını təsdiqləyib.

Ümumi məbləğin 90 faizi Aİ və NATO ölkələri, Ukrayna və Yaponiya, Avstraliya və Cənubi Koreya kimi müttəfiq ölkələr üçün nəzərdə tutulub. Təsdiqlənmiş ixracın üçdə birindən çoxu – 4,15 milyard avro Ukraynaya yardımdır. İsrail, Birləşmiş Ərəb Əmirlikləri və ya Səudiyyə Ərəbistanı kimi üçüncü ölkələr üçün Almaniya hökuməti 1,76 milyard avro dəyərində silah və hərbi texnikanın ixracına icazə verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 12 =