Almaniya Ukraynaya yeni hərbi yardım paketi göndərib

Almaniya Ukraynaya yeni hərbi yardım paketi göndərib

Almaniya Ukraynaya yeni hərbi yardım paketi göndərib.

Bu barədə məlumat Almaniya hokumətinin saytında humanitar və hərbi yardımlar haqda yenilənmiş siyahıda öz əksini tapıb.

Məlumata əsasən, Ukraynaya növbəri “IRIS-T” hava hücumundan müdafiə (HHM) sistemi də daxil olmaqla xeyli sayda silah-sursat və texnika göndərilib.

“IRIS-T” raket buraxılış qurğusu ilə yanaşı, bu sistem üçün raketlərin də daxil edildiyi yardım paketində “TRML-4D” hava hücumundan müdafiə qüvvələri üçün radar, hərbi personalı daşımaq üçün dörd zirehli nəqliyyat vasitəsi, “MARS II” raket sistemləri üçün sursat, 5000 ədəd 155 mm-lik artilleriya mərmisi, 8 ədəd “Vector” kəşfiyyat dronu, altı sərhəd mühafizə maşını və sair silah-sursat yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + sixteen =