Almaniyada 700 min mənzil çatışmır – Kirayə haqqını cinsi xidmətlə ödəyənlər artıb

Almaniyada 700 min mənzil çatışmır – Kirayə haqqını cinsi xidmətlə ödəyənlər artıb

2024-cü ildə həm Almaniya vətəndaşlarının, həm də siyasətçilərin qarşılaşacağı əsas məsələlərdən biri mənzil böhranı olacaq.

Musavat.com xəbər verir ki, Almaniyanın ZDF televiziyasının 2-ci kanalında yayımlanan tok-şouda Almaniyanın Sosial Demokrat Partiyasının üzvü, federal mənzil, şəhərsalma və tikinti naziri Klara Geyvitz birbaşa bildirib.

Tok-şouda bildirilib ki, Olaf Şolts kansler kimi təsdiq edilməmişdən əvvəl də bütün yüksək tribunalardan ildə 400 min yeni mənzil tikmək zərurətini elan etmiş və seçiciləri inandırmışdı. Amma bu 400 min əvəzinə cəmi 250 min mənzil tikiləcək və eyni zamanda Almaniyada mənzil fondunun, demək olar ki, yarısı ləğv ediləcək.

Bu, Şoltsun koalisiya tərəfdaşları olan yaşılların tutduğu mövqe üzündəndir. Onlar binaların tikintisində asbestdən istifadəyə qarşıdır, çünki bu material insanlarda xərçəngə səbəb olur. İlkin ekspert hesablamalarına görə, belə evlər Almaniyanın mənzil fondunun təxminən yarısını – təxminən 9,4 milyonunu təşkil edir.

Beləliklə, hökumət daxilində asbestlə “çirklənmiş” binaların müəyyən edilməsi və onların bərpası üçün qanun layihəsi hazırlanıb. Prinsipcə, ideya və məqsəd nəcib olsa da, bu problemin necə, ən əsası kimin hesabına həll ediləcəyi ilə bağlı suallar yaranır. Şübhə yoxdur ki, qanun qəbul olunarsa, bütün xərcləri sakinlərin üzərinə keçirəcəklər.

Kirayəçilər artıq kirayə haqqını və kommunal xərclərini ödəməkdə çətinlik çəkirlər. Bununla bağlı “Focus” jurnalı son vaxtlar həm ev sahibləri, həm də mənzil-tikinti assosiasiyaları üçün əlçatan olan yeni xidmətdən xəbər verir. Kirayə mənzillər getdikcə daha çox İnternetdə az-çox münasib qiymətə təklif olunur – lakin cinsi əlaqə üçün. Belə təklifləri alanlar isə, bir qayda olaraq, qadınlardır.

Belə anlaşılır ki, Almaniyada mənzil bazarındakı konkret vəziyyətin yaratdığı xüsusi fahişəlik forması çiçəklənməyə başlayır. Lakin hələlik həm hakimiyyət orqanları, həm də çoxsaylı hüquq müdafiə təşkilatları buna göz yumur. Çünki Almaniyada fahişəliyə rəsmən icazə verilib və 400 min qadın bu işə cəlb olunub. Bu sektorun dövriyyəsi ildə 6 milyard avroya çatır.

Almaniya mediası yazır ki, kirayə haqqını cinsi xidmətlə ödəmək yeni biznes sahəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 3 =