Almaniyada deputatlar hökuməti Ukraynaya “Taurus” verməyə çağırdı

Almaniyada deputatlar hökuməti Ukraynaya “Taurus” verməyə çağırdı

Publika.az xəbər verir ki, bu barədə DW nəşri məlumat yayıb.

“Ukraynada əhəmiyyətli hərbi-hava qüvvələri yoxdur. Onlara rusların yerləşdirdiyi mina sahələrini keçə və ərazilərini geri ala biləcəyi “Taurus” qanadlı raketləri lazımdır”, – deputat Andreas Şvarts Der Spiegel-ə müsahibəsində deyib.

Eyni zamanda, Bundestaqdakı SDP fraksiyasının xarici siyasət üzrə sözçüsü Niels Şmid “Tagesspiegel”ə müsahibəsində deyib ki, elə etmək lazımdır ki, ukraynalılar özləri onları proqramlaşdıra bilsinlər.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Boris Pistorius qeyd edib ki, o, gələcəkdə “Taurus”un tədarükünü istisna etmir, lakin bu qərarın verilməsinin vaxtı hələ çatmayıb.

Qeyd edək ki, 10 il əvvəl Bundesver üçün 600-ə yaxın “Taurus” raketi alınıb ki, onlardan da 150-yə yaxını istismara hazır vəziyyətdədir. “Taurus” artıq Ukraynaya çatdırılan Britaniyanın “Storm Shadow” raketlərinin analoqu hesab olunur. “Taurus” pilotsuz döyüş silahıdır, qırıcıdan buraxılır və 400 kiloqramlıq döyüş başlığını 500 kilometrdən çox mənzilə çatdıra bilir. Raket komanda bunkerləri və ya sursat anbarları kimi bərkidilmiş hədəflərə qarşı effektiv silah hesab edilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =