Almaniyada məktəbdə silahlı çaxnaşma

Almaniyada məktəbdə silahlı çaxnaşma

Almaniyanın Hamburq şəhərində 1050 şagirdin təhsil aldığı məktəbdə silahlı çaxnaşma baş verib. Blankeneze bələdiyyəsindəki Blankeneze rayon məktəbində iki nəfər müəllimi silahla hədələyib.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, xəbərdarlıqdan sonra məktəbə gələn polis qrupları məktəbi boşaldıb. Təxliyə edilən şagird və müəllimlər təhlükəsiz əraziyə aparılıb. Məktəbdə Türkiyə vətəndaşlarının da olduğu öyrənilib. Tələbə olub-olmaması hələlik bəlli olmayan iki şübhəlinin müəllimə hədə-qorxu gələrək məktəbdə gizləndiyi və bu səbəbdən iki sinfin boşaldılmasının mümkün olmadığı açıqlanıb.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınarkən bölgəyə polis helikopterləri və atıcılar gəlib. Polis məktəbdə və ətrafda şübhəlilərin saxlanılması üçün axtarışları davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − 5 =