Almaniyalı turist Şahçıraq İmamzadəsində İslamı qəbul etdi!

SiainYol.com Şirazda (İran) Şahçıraq ziyarətgahının mətbuat xidmətinə istinadən  xəbər verir ki, 49 yaşlı almaniyalı turist Maykl Şik Əhmədi-Məhəmmədi İmamzədəsinin ziyarətindən sonra ziyarətgahın məsulu Ayətullah Seyid Əli Əsğər Dəstqeyblə görüşüb və  İslam dinini, şiə məzhəbini qəbul edib. Maykl Şik İslama gəlişindən sonra Mikayıl adını götürüb.

Ayətullah Seyid Əli Əsğər Dəstqeyb İslamı yeni qəbul etmiş Mikayıla  tövsiyə verərkən buyurub: Müsəlmanlıq təkcə dillə olmur. Bu gün dünyada İslam adı altında İslama zərbə vuran İŞİD kimilər var.  İslam (Quran) başqa dinlərdən fərqli olaraq təhrif edilməyib. Sizin təqlid yox, araşdırma aparmaqla İslamı qəbul etməyinizdən məmnunam…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + thirteen =