Amerika: Husilərin Aralıq dənizinə çatan silahları var

Amerika: Husilərin Aralıq dənizinə çatan silahları var

  Amerika rəsmisi yəmənlilərin modern raket potensiallarından narahatlığını gizlətməyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi Bloomberg News-a bildirib ki, ABŞ hökuməti yəmənlilərin Qırmızı dəniz və körfəz xaricindəki gəmilərə hücumlarının miqyasını genişləndirmək potensiallarından narahatdır.

Adının çəkilməsini istəməyən Pentaqon rəsmisi həmçinin deyib: Yəmənin Ənsarullah hərəkatı misli görünməmiş modern silahlara və ballistik raketlərə malikdir. Bundan əlavə, onlar öz hücumlarında dronlardan istifadə edirlər.

Məlumata görə Pentaqon rəsmisinin bu nəticəsi çərşənbə günü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Amerika hərbi rəsmiləri ilə Fars Körfəzi Əməkdaşlıq Şurasının iclası zamanı bəyan edilib.

 Bloomberg-in məlumatına görə, bu görüş regionun hava və raketdən müdafiə xəbərdarlıq sistemlərinin işə salınması məqsədi ilə keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 3 =