Amerika İran əleyhinə ittihamı təkrar edərək, bölgədəki qüvvələrinə qarşı hücumları dayandırmağı istəyib

Amerika İran əleyhinə ittihamı təkrar edərək, bölgədəki qüvvələrinə qarşı hücumları dayandırmağı istəyib

ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini sionist rejimlə Fələstin müqavimət qüvvələri arasında müharibənin alovlanmasında ölkəsinin İsrailə dəstəyinə toxunmadan “biz Suriyada sülh istəyirik” kimi iddia səsləndirərək, İranı bir daha müqavimət qruplarının İraq və Suriyadakı ABŞ bazalarına və qüvvələrinə hücumlarını dəstəkləməkdə ittiham edib və bu hücumların dayandırılmasını istəyib.

İRNA-nın müxbirinin verdiyi məlumata görə, cümə axşamı Amerika Birləşmiş Ştatlarının BMT-dəki səfiri və siyasi məsələlər üzrə nümayəndəsinin müavini Robert Vud Təhlükəsizlik Şurasının Yaxın Şərq və Suriya ilə bağlı iclasında İran İslam Respublikası rəsmilərinin İraq və Suriyadakı Amerika qüvvələri və bazalarına qarşı müqavimət qruplarının hücumlarında Tehranın rolunun olması iddiasını təkzib etməsinə baxmayaraq, iddia edib: “Biz Suriyada sülh istədiyimiz bir halda, İrana bağlı silahlı qruplarının İraq və Suriyadakı Amerika qüvvələrinə və obyektlərinə hücumlarını pisləyirik. Amerika özünümüdafiə məqsədilə bu hücumlara cavab vermişdir. Bir daha vurğulayırıq ki, İrana bağlı qrupların bu hücumları dayandırılmalıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 18 =