Amerika işğalçıları tərəfindən Suriya neftinin oğurlanması davam edir

Amerika işğalçıları tərəfindən Suriya neftinin oğurlanması davam edir

Suriya neftinin oğurlanmasından sonra Amerika işğalçı qüvvələri oğurlanmış Suriya neftini daşıyan bir sıra tankerləri İraqa köçürüb.

Şənbə günü (15 iyul) Amerika işğalçı qüvvələri oğurlanmış Suriya neftini daşıyan 35 tankeri Əl-Həsəkənin şərqində yerləşən qeyri-qanuni Əl-Vəlid keçidi vasitəsilə İraqın şimal bölgəsinə köçürüb.

Bundan əvvəl Suriyanın Xarici İşlər naziri Feysəl Əl-Miqdad 2011-ci ildən 2022-ci ilə qədər bu ölkənin neft və qaz sektoruna dəyən zərərin 710 milyard dollara çatdığını və Dəməşqin bu zərərin təlafi edilməsini tələb etdiyini bildirmişdi.

Suriya xəbər agentliyi (SANA) yerli mənbələrə istinadən xəbər verir ki, Amerika işğalçı qüvvələri 65-i hərbi texnika daşıyan maşın, 20-si soyuducu yük maşını və 35-i oğurlanmış neft daşıyan tanker olmaqla, 120 avtomobil karvanını şimali İraqdakı bazalara köçürüb.

Amerika ordusu Suriyanın ən böyük neft və qaz yataqlarının yerləşdiyi Deyrəz-Zor, Əl-Həsəkə və Rakka əyalətlərində Suriyanın şimal və şimal-şərq rayonlarını qanunsuz olaraq işğal edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =