Amerika işğalçıları tərəfindən Suriya neftinin qaçaqmalçılığı artıb
İraqdakı “Koordinasiya Çərçivəsi” kimi tanınan şiə siyasi qruplarının koordinasiya komitəsinin liderlərindən biri Amerika işğalçıları tərəfindən Suriya neftinin qaçaqmalçılığının 20% artdığını açıqlayıb.
“Koordinasiya Çərçivəsi” kimi tanınan İraqdakı şiə siyasi qruplarının koordinasiya komitəsinin rəhbərlərindən biri olan Cabbar Ovdə bildirib ki, bu ilin əvvəlindən ABŞ Suriya neftinin İraq ərazisindən qaçaqmalçılığını 20% artırıb.
Suriya hökuməti bu yaxınlarda elan etdi ki, Amerika qüvvələri və onun Suriyanın şərqini işğal edən muzdluları bu bölgədə gündə təxminən, 66 min barel neft hasilatını oğurlayırlar.
Ovdə deyib: “Suriya sərhəddindəki 6 bölgədə yerləşmiş Amerika qüvvələri Suriya neftini tankerlə qaçaqmalçılıq yolu ilə İraqa keçirdikdən sonra Türkiyə və digər ölkələrdəki brokerlərə satan dəstələrə çevrilib.”
“Bağdad Əl-Yəvm” saytının xəbərinə görə, Ovdə əlavə edib: “2023-cü ildə Suriya neftinin İraq sərhədlərindən orta hesabla qaçaqmalçılıq yolu ilə daşınması 20% artıb”.
O, həmçinin Suriyadan qaçaqmalçılıq yolu ilə neft daşıyan hər hansı tankerin İraq ərazisinə keçməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb və deyib ki, neft oğurluğundan əldə olunan gəlirin 90%-i ekstremist qrupların xəzinəsinə yatırılır və İraq bundan təhlükəsiz olmayacaq.
“Koordinasiya Çərçivəsi” komitəsinin bu lideri bildirib: “Amerika qüvvələri Qərbi Asiyada ən böyük neft qaçaqmalçılığı əməliyyatına nəzarət edir və bu məqsədlə oğurlanmış nefti daşıyan tankerlərin təhlükəsizliyini təmin etmək üçün hərbi konvoylardan istifadə edirlər.”