Amerika Konqresinin bəzi üzvləri Haaqa Məhkəməsini təhdid edib

Amerika Konqresinin bəzi üzvləri Haaqa Məhkəməsini təhdid edib

Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa) tərəfindən Qəzzada törədilən soyqırıma görə sionist rejimin yüksək səviyyəli siyasi və hərbi rəsmilərinin mühakimə olunması ilə bağlı fərziyyələr artdığı halda, Amerika Konqresinin bəzi üzvləri bu məhkəməni cavab tədbirləri ilə hədələyiblər.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Axios xəbər verib ki, ABŞ Konqresinin üzvləri Beynəlxalq Cinayət Məhkəməsinə İsrail rəsmilərinin həbsinə order verilməsinə qarşı xəbərdarlıq ediblər.

Məlumata görə, ABŞ Konqresinin üzvləri xəbərdarlıq ediblər ki, İsrail rəsmilərinə qarşı həbs orderinin verilməsi ABŞ-ın cavabı ilə üzləşəcək və həbs orderi veriləcəyi təqdirdə bu sahədə qanunlar əsasında rəftar ediləcək.

Haaqa Məhkəməsinin Qəzzada soyqırım və hərbi cinayətlər törətməkdə İsrailin yüksək rütbəli hərbi və siyasi məmurlarına qarşı ittiham aktı çıxarması ehtimalına görə, son günlər sionist mediası sionist rejimin yüksək səviyyəli hüquqi və siyasi məmurlarının Netanyahu ilə görüşlərini ifşa edib.

Bildirilir ki, Netanyahu bu rejimin ədliyyə naziri Yario Levin kimi hüquqşünaslardan və yüksək səviyyəli hüquq rəsmilərindən ibarət xüsusi işçi qrupu yaradaraq, İsrailin siyasi rəsmiləri və hərbi komandirlərinin Haaqa Beynəlxalq Məhkəməsi tərəfindən hər hansı beynəlxalq mühakimə olunmasının qarşısını almağa çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 6 =