Amerika nəşri Qəzzada misli görünməmiş sayda İsrail ordusunun yaralandığı barədə məlumat yayıb

Amerika nəşri Qəzzada misli görünməmiş sayda İsrail ordusunun yaralandığı barədə məlumat yayıb

 “The New York Sun” İsrail mənbələrinə istinadən Əl-Əqsa tufanı əməliyyatının başlamasından bu yana İsrail hərbçilərinin itki və yaralıların sayından narahat olduğunu bildirib və yaralıların xəstəxanalara sel kimi axınını misli görünməmiş adlandırıb.

Bazar ertəsi Amerikanın “New York Sun” qəzeti Qəzzada fələstinli müqavimət qruplarının əməliyyatları nəticəsində çox sayda yaralanan İsrail ordu qüvvələrinin müalicəsi və onların normal həyata qaytarılması prosesinin zaman alacağını etiraf edib.

Bu məlumatda Nyu Yorkda yüzlərlə yaralı sionist əsgərin reabilitasiyası və müalicəsi ilə məşğul olan “Belev Echad” adlı sionist tibb mərkəzinin mövcudluğuna işarə edərək, bu mərkəzə köçürülən yaralıların sayının artdığını elan edib.

Sionist Reabilitasiya Təşkilatının direktorunun sözlərinə görə, 2023-cü il oktyabrın 7-də Əl-Əqsa tufanı adlı qəfil əməliyyat nəticəsində əsgərlərə vurulan fiziki xəsarət çox dərindir.

Sionist rejimin rəsmi açıqlamasına əsasən, indiyədək Qəzzaya qurudan hücum zamanı 67 İsrail əsgəri həlak olub.

Xəbər mənbələri bildirirlər ki, sionist rejimin hərbi hakimiyyət orqanlarının əlində olan sionist əsgərlərin itkiləri ilə bağlı xəbərlərin dərc edilməsinin senzura və inhisarda olması və əsgərlərin əhval-ruhiyyəsini qorumaq üçün məlumatların çatdırılmaması siyasəti nəticəsində sionistlərin itkilərinin sayı onların açıqladığı rəsmi statistikadan qat-qat çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − 5 =