Amerika polisi Kolumbiya Universitetində 100 Fələstin tərəfdarını həbs edib

Amerika polisi Kolumbiya Universitetində 100 Fələstin tərəfdarını həbs edib

NBC News Nyu York polisinin Kolumbiya Universitetinin Hamilton Hall binasına basqın zamanı Fələstin tərəfdarı 100 etirazçının həbsindən xəbər verib.

İRNA-nın məlumatına görə, Nyu-York polisi yerli vaxtla dünən (20 aprel) axşam saat 9-dan sonra Kolumbiya Universitetinə daxil olub və axşam saat 23-dən sonra universitet şəhərciyini etirazçılardan təmizlədiklərini elan edib.

Universitet rəhbərliyi polisdən ən azı mayın 17-nə qədər universitetdə qalmağı xahiş edib.

Kolumbiya Universitetində Fələstin tərəfdarı olan tələbə qruplarının əsas tələblərindən biri universitetin İsrailin Qəzzaya hücumlarından qazanc əldə edən şirkətlərin vəsaitlərindən əl çəkməsidir.

Kolumbiya Universiteti bazar ertəsi verdiyi açıqlamada, tələbə liderləri və universitet rəsmiləri arasında konstruktiv müzakirələrin davam etməsinə baxmayaraq, “təəssüf ki, razılığa gələ bilmədik” deyib.

Dünən ABŞ Konqresinin Nümayəndələr Palatasının 21 Demokrat nümayəndəsi Nyu-Yorkun Kolumbiya Universitetinin Qəyyumlar Şurasına məktub yazaraq bildiriblər: Artıq universitetin qətiyyətlə hərəkətə keçməsi, etirazçıların düşərgələrini dağıtması və təhlükəsizliyə zəmanət verməsinin vaxtı çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 8 =